“Azkontakt” MMC-yə yaxın 50 milyon 320 min manat nizamnamə kapitalı olan şirkət təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Azkontakt Sement” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
Şirkət Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr ev.2P ünvanında qeydiyyata alınıb.
Şirkətin direktoru İbrahim Sadıqlı Sadıq oğludur.
O, həmçinin “Azkontakt” MMC-nin direktorudur.
“Azkontakt” MMC zavodu 2008-ci ilin fevral ayında quraşdırılmışdır. Bakı şəhərinda inşa olunan obyektlərin və binaların təxminən 25% – nin tikilişində “Azkontakt”-da istehsal olunan beton məmulatlarından istifadə olunur.