12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda Norveç kapitallı BOKT mənfəətini və gəlirlərini açıqladı

“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı 2024-cü ilin 1-ci yarısını 286 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 87 min manat olub ki, bu da illik müqayisədə 3.3 dəfə çoxdur.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Ötən il “Viator Mikrokredit Azərbaycan”ın cəmi gəlirləri 1 milyon 419 min manat (illik müqayisədə 35% çox), faiz xərcləri 147 min manat (15% çox), mənfəət vergisi ödəmələri isə 71 min manat (3.2 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 10 milyon 305 min manat olub ki, bu da illik müqayisədə 3% çoxdur. Bunun 9 milyon 728 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 11% böyüyüb.

Xatırladaq ki, “Viator Mikrokredit Azarbaycan” 2002-ci ilin sonu yaradılıb. 2024-cü ilin iyun ayının sonuna şirkətin 62 işçisi olub. “Viator Mikrokredit Azərbaycan”ın 100% Norveçin “ViatorAS” təşkilatına məxsusdur.

Son xəbərlər
Digər xəbərlər