Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2023-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilmiş və həmin seçkilərdə İlham Əliyev Heydər oğlu 3 394 898 səslə və ya 86.02% səs çoxluğu ilə Azərbaycan Respublikasının 4-cü prezidenti seçilib.