Bildiyimiz kimi, sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq.
Banker.az bayram günlərində işləyən bankların filiallarını araşdırıb və siyahını təqdim edir.
Qeyd edək ki, 18 mart tarixində “Bank of Baku”nun bütün filiallları saat 10:00-dan saat 15:00-a kimi işləyəcək.
“Kapital Bank”ın qeyri-iş günlərində olan bütün filiallarının siyahısını linkdəki məlumatdan əldə edə bilərsiniz.