18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycanda noyabrda ən çox bahalaşan məhsullar açıqlandı

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq
ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı
yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun,
konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın,
almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə
olunmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 101.6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 112.1 faiz təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox
bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan
maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman
vasitələrindən validol və yodun, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və sementin
qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi
dəyişikliklər baş verməmişdir

Son xəbərlər
Digər xəbərlər