“AzeriCard” prosesinq mərkəzi öz müştərilərinə məsafəli xidmət olan “Telefon bankçılıq” (Phone Banking) xidmətini təqdim edir. Bu barədə Mərkəzə istinadən məlumat verir.
Bu xidmətin köməyi ilə müştərilər xidmətinə zəng vuran kart sahibləri operator ilə əlaqə yaratmayaraq öz kartı ilə aşağıdakı əməliyyatları etmək imkanı əldə edir:
– balansı yoxlamaq
– kartı bloklaşdırmaq
– bloklaşmış PIN kodu açmaq
– “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq
Xidmətin əsas üstünlüklərindən biri odur ki, itirilmiş və ya oğurlanmış kartların bloklaşdırılmasını operativ və təhlükəsiz şəkildə avtomatik rejimdə həyata keçirmək mümkündür. Buna əlavə olaraq kartda səhvən yığılmış PİN kodlarn açılması, kartda mövcud olan balansın əldə olunması, “SMS Xəbərdarlıq” xidmətinə qoşulması və ya artıq qoşulmuş nömrələrin dəyişdirilməsi funksiyaları maksimal rahat şəkildə karta məsafədən nəzarət etmək imkanları yaradır.
Növbəti mərhələdə yeni PİN kodun təyin olunması (PIN Set) və mövcud olan PİN kodun yenisi ilə əvəz olunması (PIN Change) kimi funksiyaların əlavə edilməsi planlaşdırılır. Gələcəkdə isə kart transfer funksiallığını da xidmətə əlavə etmək planlaşdırılır.
Məsafəli xidmətin telefon nömrələri aşağıdakılardır: 194, *2273, 5984697, 5984376.
Trend