8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş şirkətinin rəhbəri dəyişib

“CİB Pay” ödəniş sisteminin baş icraçı direktoru dəyişib.

Bu barədə Banker.az-a daxil olan məlumatda qeyd edilir.

Məlumata görə, Valid Sadıxov Fuad oğlu şirkətə rəhbər təyin edilib. Bu vəzifəsə o Rəşad Nəzərov Əlihüseyn oğlunu əvəzləyib.

“CIB” ödəniş sistemi, yaxud “CİB Pay” MMC 2022-ci ilin əvvəlinə qədər ölkənin prosessinq mərkəzi olan “Milli Kart” MMC-yə məxsus idi və ilin əvvəlindən “FinDynemix” MMC alıb.

Valid Sadıxov ana şirkət “FinDynemix” MMC-də kommersiya direktoru idi. İndi o digər şirkət “CIB Sığorta Agentliyi” MMC-yə də rəhbərlik edəcək.

O bundan öncə isə “Komtec LTD” MMC-də (indiki PashaPay) çalışıb.

Xatırladaq ki, “FinDynemix” 2019-cu ildə təsis edilib, onun nizamnamə kapitalı isə 592 000 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər