7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

Bu ilin avqust ayında “Ödəniş sistemləri və xidmətləri haqqında” Qanun layihəsi təsdiq olunub və noyabr ayında qüvvəyə minməsi gözlənilir.

Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

O bildirib ki, növbəti 6 ay ərzində ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və operatorlarının qanuna uyğun şəkildə lisenziyadan keçməsi üçün vaxt verilir. Bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşməsinə şərait yaradacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər