9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni rüsumlar müəyyənləşir

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəməli olacaq.

Bununla bağlı “Dövlət rüsumu haqqında” dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bundan başqa, sənədə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər