Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün,
pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın,
meyvə şirəsində olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində müşahidə olub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.