16 C
Baku
Monday, May 13, 2024

Azərbaycanda oktyabrda işsizlik səviyyəsi 5.64%-ə düşüb: cəmi 301.9 min işsiz var

Azərbaycanda işsizlik səviyyəsi rəsmi rəqəmlərlə cüzi olsa da, aybaay düşməkdədir.

Banker.az-a Dövlət Statistika Komitəsinin əmək bazarı ilə bağlı göstəricilərinə istinadən bildirilir ki, 1 noyabr 2022-ci il tarixinə Azərbaycanda işsizlik səviyyəsi 5.64% təşkil edib. Bu bir ay öncə isə 5.65% təşkil edirdi.

“Hesabat dövrünə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 355.7 min nəfər olmuş, onlardan 5 milyon 053.8 min nəfərini məşğul əhali təşkil edib”- deyə, Banker.az-a daxil olan məlumatda deyilir.

İşsiz əhalinin sayı aylıq müqayisədə 200 nəfər ətrafında, yaxud 0.1% azalmaqla 301.9 min nəfər olub.

2137213412

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 7279 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min nəfər, qeyri-dövlət sektorunda isə 829.9 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 696.2 min nəfər çalışmışdır.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı
(min nəfər)
İqtisadi fəaliyyət növləri Cəmi dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi 1727.9 898 829.9
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 62 25.3 36.7
Mədənçıxarma sənayesi 33.1 11.6 21.5
Emal sənayesi 128 17 111
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 26 25.5 0.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 33.3 30.2 3.1
Tikinti 130.1 25.7 104.4
Ticarət; nəqliyyat vasitələrinin təmiri 321.7 2.3 319.4
Nəqliyyat və anbar təsərrüfatı 74.5 44.3 30.2
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 33.3 1.4 31.9
İnformasiya və rabitə 31.1 14.2 16.9
Maliyyə və sığorta fəaliyyəti 34.1 6.8 27.3
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 16.7 5.5 11.2
Peşə, elmi və texniki fəaliyyət 59.8 31.1 28.7
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 87.9 66.6 21.3
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 112.1 106.7 5.4
Təhsil 329.2 315.9 13.3
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 141.6 116.7 24.9
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 53.3 48.5 4.8
Digər sahələrdə xidmətlərin göstərilməsi 20.1 2.7 17.4

 

İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.

Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər