12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda onlayn taksi xidmətinin təlabatı araşdırılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) onlayn olaraq taksi, sürücülük və çatdırılma xidmətlərinə görə araşdırmaya başlayır.

Banker.az-ın xəbərinə görə, “Onlayn platforma üzərindən taksi, sürücülük və çatdırılma xidmətlərinin göstərilməsi ilə bağlı tələbatın öyrənilməsi” üzrə bazar araşdırmalarının aparılması xidməti üzrə şirkət axtarışındadır.

Bunu edə biləcək şirkətə ümumilikdə 20 gün vaxt veriləcək.

Hazırda ölkədə “Bolt”, Yandeks platformasında fəaliyyət göstərən “UberAz” və “189” kimi taksi xidmətləri onlayn olaraq, mobil tətbiq vasitəsi ilə daşıma xidmətlərini həyata keçirirlər.

Qeyd edək ki, ilin avqust ayında BNA agentliyinin əməkdaşı açıqlama verərək taksilər üçün sabit tarif olacağı ilə bağlı açıqlama verməsi ictimayyət tərəfindən ciddi müzakirəyə səbəb olmuşdu. Sonradan BNA rəsmi açıqlama verərək, həmin nümayəndənin açıqlamasının onun şəxsi düşüncəsi olduğu və Agentliyin fikirləri ilə tam üst-üstə düşmədiyini demişdi.

KOBİA bunları araşdırmaq istəyir:

Başlıq Açıqlama Miqdar
Bazar xüsusiyyətlərinin öyrənilməsi Bazarın ehtiyacları; •ödənilməyən ehtiyaclar üzrə müştəri gözləntiləri; •tövsiyələr. 5 gün
Daxili Bazarın həcminin müəyyən olunması Həcmlə bağlı göstəricilər həm natural, həm də məbləğ ölçüləri ilə göstərilməlidir. 15 gün
Məlumat bazasının hazırlanması İstinad ediləcək məlumat bazalarının hazırlanması və istifadəsi (rəsmi statistik məlumatlar, şirkətin məlumat bazası, anket və sorğular, vizual müşahidələr və s) 5 gün
Bazara giriş üzrə hüquqi-normativ tələblərinin müəyyən olunması Bazara giriş üzrə hüquqi-normativ (standart-sertifikat lisenziya) tələblərinin müəyyən olunması 5 gün
Əlavə məlumatların daxil edilməsi Daxili bazar üzrə məlumatın dolğunluğuna xidmət edən Tərəfimizdən tələb kimi göstərilməyən bazar araşdırması üzrə vacib hesab etdiyiniz əlavə məlumatların təqdim edilməsi 5 gün
Rəqabət mühitinin öyrənilməsi AR Prezidentinin 29.05.2019-cu il tarixli, 713 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydalara və • mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması istiqamətində aparılmalıdır. 5 gün
Daxili bazarının araşdırılması tələb olunan obyektiv texniki və keyfiyyət göstəricilərinin müəyyən olunması Daxili bazarının araşdırılması tələb olunan mal, iş və ya xidmətlərin detalları, özünəməxsus xüsusiyyətləri, obyektiv texniki və keyfiyyət göstəricilərinin müəyyən olunması 20 gün
Müvafiq məhsul növü üzrə bazarda qiymətlərin formalaşması strukturunun hazırlanması Müvafiq məhsul növü üzrə bazarda qiymətlərin formalaşması strukturu da göstərilməlidir. 1 ədəd

 

 

Son xəbərlər
Digər xəbərlər