2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı

2020-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20.5 faiz artaraq 710.2 manat olmub. Lakin, bu öncəki ayla müqayisədə 5.2 manat azalması deməkdir. Belə ki, öncəki ayda 715.4 manat idi.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2020-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59.8 min nəfər və ya 3.7 faiz artaraq 1670.9 min nəfər olmuş, onlardan 902.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19.4 faizi təhsil, 18.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.2 faizi sənaye, 8.3 faizi tikinti, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 13.0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Son xəbərlər
Digər xəbərlər