Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 6,5 faiz artaraq 438,1 manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) yayıb. Məlumata görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub. “Yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 707,9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 618,3 manat təşkil edib”, – DSK-nın məlumatında deyilir.