8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda orta aylıq əməkhaqqı azaldı

2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33.7 min nəfər və ya 2.0 faiz artaraq 1715.8 min nəfər olmuş, onlardan 901.0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Muzdla işləyənlərin 19.4 faizi təhsil, 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.7 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2.0 faizi maliyyə və sığorta fəaliyyəti, 14.2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2023-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.2 faiz artaraq 854.5 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 856.2 manat olub. (aylıq müqayisədə azalma 1.7 manat)

Son xəbərlər
Digər xəbərlər