10 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycanda orta aylıq əməkhaqqında 80%-dən çox artım olub”

2019-cu ildən bugünədək Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım əldə edilib və 580 mindən çox əlavə əmək müqavilələrinin imzalanması təmin edilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müavini Anar Əliyev bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.

Onun sözlərinə görə, ölkədə əməkhaqqı fondu 2.7 dəfə artıb: “Orta aylıq əməkhaqqında 80%-dən çox artım müşahidə edilib. Nazirlik hər il 100 minə yaxın şəxsin işə düzəlməsinə dəstək göstərir”.

Qeyd edək ki, 3 gün davam edəcək və bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər