Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyə Maliyyə Nazirliyindən məlumat verilib.
Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı.
“2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, – deyə nazirlikdən qeyd ediblər.
2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.
İnterfaks-Azərbaycan