8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda orta illik inflyasiya 2027-ci ildə 4,2 %-ə qədər enəcəyi gözlənilir

Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5 % səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”də bildirilib.

İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3 % səviyyəsində gözlənilir.

“Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 %-ə qədər enəcəyi gözlənilir”, – Maliyyə Nazirliyi qeyd edir.

İllik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.

Məlyumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər