2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1706.5 min nəfər olmuş, onlardan 891.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814.8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19.0 faizi təhsil, 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.8 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6.4 faizi tikinti, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.7 faizi peşə, elmi və texniki fəaliyyət, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.1 faizi maliyyə və sığorta fəaliyyəti, 14.5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2023-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.3 faiz artaraq 925.3 manat olub. 2023-cü ilin yanvar-iyun aylarında isə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 921.9 manat təşkil edib ki, bu da aylıq müqayisədə 3.4 manat artım deməkdir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.