13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt 55 dəqqiqədən 26 dəqiqəyə endirilib.

Bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın məlumatında bildirilib.

Məlumata görə, eyni zamanda, qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.

“Ümumi nəqliyyat vasitələrinin 49%-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66% nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir”, – deyə Komissiya bəyan edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər