Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) növbəti dövrlərdə səhiyyə kimi yeni sahələrin əhatə edilməsi planlaşdırılır.
Bunu maliyyə nazirinin müavini Azər Bayramov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.
Nazir müavini bildirib ki, sosial sahə hər zaman büdcədə prioritet sahədir: “Bu baxımdan növbəti dövrlərdə də OMXÇ-də biz səhiyyə xərclərinin artırılmasına və son nəticədə əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq”.
Qeyd edək ki, OMXÇ-nin tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar üzrə pilot sektorlar olaraq ilkin mərhələdə təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorları müəyyən edilib.