10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycanda ötən ay ən çox bahalaşan məhsullar açıqlandı – Siyahı

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə
marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Banker.azbu barədə DSK-ya istinadən xəbər verir.

2023-cü ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108.3 faiz təşkil edib.

2023-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108.9
faiz təşkil edib.

Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli
xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə
beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli
xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər