Azərbaycanda tərəvəzlərin qiymətində bahalaşma müşahidə edilir.
Banker.az xəbər verir ki, 2023-cü ilin oktyabr ayında sentyabr ayına nisbətən tərəvəzlərin qiyməti 6.5% bahalaşıb.
Tərəvəzlərin qiyməti 2023-cü ilin oktyabrında 2022-ci ilin eyni ayına nisbətən isə 1.7% artıb.
Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 1753.6 min ton (1.4 faiz çox) tərəvəz yığılıb.