Azərbaycanda holdinq bağlandı.
Banker.az xəbər verir ki, Xəzri Holdinq MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1400 Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, 9 saylı qəsəbə, Cəbrayıl küçəsi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, holdinq bu ilin may ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Sarvan Qurbanzadədir.