12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda ötən il 1 400-dən çox mənzil satmaq öhdəliyi ilə kirayəyə verilib

2023-cü ildə Azərbaycanda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilmə mexanizmi ilə 1 429 müqavilə rəsmiləşdirilib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 14.7% azdır.

Bu il yanvarın 1-nə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi vasitəsilə yaşayış sahəsinin əldə edilməsi məqsədilə 39.7 mindən çox vətəndaş “elektron ipoteka və kredit zəmanət” sistemində şəxsi kabinet açıb, 17.5 min vətəndaş isə satmaq öhdəliyi ilə kirayə müqaviləsini bağlamaq üçün müvafiq sənədləri təqdim etməklə öz müraciətlərini təsdiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər