2 C
Baku
Wednesday, February 11, 2026

Azərbaycanda ötən il dövlət sektoru işçilərinin sayı 17 min nəfər azalıb

2026-cı ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 808 min nəfərə çatıb, onlardan 865.8 min nəfəri dövlət sektorunda, 942.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin yanvarın 1-i göstəricilərinə əsasən, muzdla çalışanların sayı 1 778.5 min nəfər olub, dövlət sektorunda 882.8 min, qeyri-dövlət sektorunda isə 895.7 min nəfər işləyib,

Beləliklə, son bir ildə dövlət sektoru işçilərinin sayı 17 min nəfər azalarkən, qeyri-dövlət sektoru işçilərinin sayı 46.5 min nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər