İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14.8 faiz artaraq 2742.8 milyon manat təşkil etmiş, xidmətlərin 73.5 faizi əhaliyə göstərilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 38 faizi və ya 1042.7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır. 2021-ci ild isı bu göstərici 982.8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6.1% artıb.