İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına ötən il fəaliyyətə başlamış 12 müəssisə 135 milyon manat investisiya yatırıb.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu investisiyalar hesabına 744 daimi iş yeri yaradılıb.