2021-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 130,6 milyon manat güzəştli kredit verilib.
Bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.
Onun sözlərinə görə, bu kreditlər 1 902 layihə üzrə ayrılır.
Ötən il SİF verilmiş kreditlərin maliyyələşdirilməsi ilə bağlı 130 milyon manaqlıq proqnozu icra edib. Maliyyələşdirilmiş kreditlərin 60,4 milyon manatı və yaxud 46%-i kiçik və orta məbləğli kreditlər olub.