8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ötən il sürətli pul köçürmələr kəskin artıb

2022-ci ildə Azərbaycanda sürətli pul köçürmələrin həcmi kəskin artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Hesabat ilində banklara 4 milyard 714.3 milyon manatlıq sürətli köçürmələrdən vəsait daxil olub, bu da 2021-ci illə müqayisədə 3.4 dəfə çoxdur.

Ötən il banklardan kənara isə 631.7 mln. manat vəsait köçürülüb. Bu da illik müqayisədə 53% artımdır.

Azərbaycan banklarına daxil olan sürətli pul köçürmələri
mln. manat
Tarix 2022 2021
 yanvar       113.65       136.09
 fevral       103.25       139.93
 mart         78.66       156.62
 aprel       577.16       160.07
 may       573.16       147.47
 iyun       669.40       178.25
 iyul       495.52       169.15
 avgust       445.39       173.82
 sentyabr       530.44       175.84
 oktyabr       409.15       174.97
 noyabr       393.37       159.95
 dekabr       325.21       161.55
CƏMİ   4,714.34   1,933.71

 

Son xəbərlər
Digər xəbərlər