5 C
Baku
Friday, January 17, 2025

Azərbaycanda ötən il taksidən istifadə edənlərin sayı 3.5% azalıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 143,5 milyon ton yük, 1846 milyon sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 6.9 faiz və 9 faiz artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sərnişinlərin 95.1 faizi avtobus, 4.9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 8 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4.6 faiz artaraq 229.5 milyon nəfər olub. Ötən il taksidən istifadə edənlərin sayı 90 828,9 min nəfər olub ki, bu da illik müqayisədə 3.5% azalıb.

Son xəbərlər
Digər xəbərlər