12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda otel şirkəti ləğv edilir

11 fevral 2023-cü il saat 11.00-da “İmişli Mehmanxana” ASC səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2022-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması.
4. Digər məsələlər.

Səhmdarların gündəlikdəki məsələlərə aid hər hansı bir sualı olarsa, onda iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət etmək lazımdır. Xatırladaq ki,

“İmişli Mehmanxana” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 76 432 manatdır və qanuni təmsilçisi Mərhəb Cəfərovdur.

 

Son xəbərlər
Digər xəbərlər