13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda oynamış və vergi borcu olan futbolçuya “stop” qoyulur

Azərbaycan Premier Liqasında 2018-ci ildə oynayan Moldova Millisinin futbolçunun ölkədən çıxışına “stop” qoyulur.

Banker.az xəbər verir ki, söhbət 29 yaşlı yarımmüdafiəçi Yevgeni Kaçukdan (Eugeniu Cociuc) gedir.

10 yanvar 2022-ci il il tarixinə Dövlət Vergilər Xidmətinin bazasından əldə edilən məlumata görə (saat 14:00) onun vergi borcu mövcuddur və bunun həcmi 7 754.96 manat təşkil edir.

Yevgeni Kaçuk 2018-ci ildə Slovakiyanın “MŠK Žilina” klubundan icarə əsasında “Səbail” FK-ya transfer olsa da, sonradan uğurlarını “Sabah” FK və “Keşlə” FK kimi PL- klublarında sınamağa çalışmışdı.

Onun getməsini müvəqqəti məhdudlaşdırmaq ilə bağlı müraciət edən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.

İşin maraqlı tərəfi burasıdır ki, o artıq 1 ildir Azərbaycanda deyil, Ermənistanda oynayır.

Azərbaycandan gedəndən sonra, Kişinyovun “Zimbru” FK-sı ilə müqavilə bağlasa da, 2022-ci ilin yanvarından isə Ermənistanın “Pyunik” klubu ilə müqavilə imzalandığı məlum olub və orada keçirlən matçlarda da iştirak edib.

Son xəbərlər
Digər xəbərlər