-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda özəl bankların kredit qoyuluşunda payı aşağı düşüb

Bu il martın 1-nə Azərbaycanda kredit qoyuluşu 15 milyard 637,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunun 2 milyard 606,4 milyon manatı və yaxud 17%-i dövlət banklarının, 12 milyard  626,3 milyon manatı və yaxud 80,7%-i özəl bankların, 404,7 milyon manatı və yaxud 2,6%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

Özəl bankların kredit qoyuluşunda payı cari ilin fevralında 12 milyard 735,1 milyon və yaxud 81,1% təşkil edib. Belə ki, martda kredit qoyuluşunda özəl bankların 108,8 milyon manat azalıb. Dövlət banklarının isə payı isə artıb.

BOKT-ların kredit qoyuluşundakı payı bu ilin fevral ayının yekununda da 2,5% təşkil edib. Göründüyü kimi, BOKT-ların kredit qoyuluşunda payı artıb.

Son xəbərlər
Digər xəbərlər