Azərbaycanda fəaliyyətdə olan özəl dənizçilik şirkəti “Caspian Marine Service Limited”in (CMS) rəhbəri dəyişib.
Banker.az bu barədə əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata əsasən, Fərid Qurbanov Niyaziyeviç “Caspian Marine Services Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri təyin edilib.
O bu vəzifədə Zamiq İsmayılov Ömər oğlunu əvəz edib.
Qeyd edək ki, Fərid Qurbanov həmçinin 2022-ci ilin aprelindən “Caspian Marine Services B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəridir.