10 C
Baku
Wednesday, December 10, 2025

Azərbaycanda özəl data mərkəzi yaradılacaq

Azərbaycanda dövlət−özəl tərəfdaşlığı əsasında özəl data mərkəzlərinin yaradılması sahəsində təşviqedici mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

Bu məsələ “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

Sənədə əsasən, 2026-2028-ci illərdə özəl data mərkəzinin yaradılması üçün tədqiqatlar aparılacaq. Eyni zamanda, özəl data mərkəzinin yaradılması üçün 3 təşviq mexanizminin hazırlanması, azı 2 data mərkəzinin istismara verilməsi və müvafiq sahəyə cəlb edilən investisiyaların davamlı artırılması planlaşdırılır.

Nəticədə Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər