Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.
Bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.