18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda özəl sektorda işləməyə maraq getdikcə artır

2019-cu il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfər olmuş, onlardan 4887,1 min nəfərini məşğul əhali təşkil etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edərək bildirir.

Cari il aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1580,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,2 min nəfər, qeyri-dövlət sektorunda isə 684,6 min nəfər təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə muzdla işləyənlərin sayı 1532,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,9 min nəfər, qeyri-dövlət sektorunda isə 643,4 min nəfər təşkil etmişdir.

Dövlət sektorunda ən çox işləyənlər 324,6 min nəfər olmaqla təhsil sahəsində, qeyri-dövlət sektorunda isə ən çox işləyənlər 289,4 min nəfər olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində üstünlük təşkil edirlər.

                                               

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər