26 C
Baku
Friday, July 5, 2024

Azərbaycanda özəl sektorun kreditləşməsi azalıb

Azərbaycanda özəl sektora (ev təsərrüfatlarına kreditlər də daxil olmaqla) kredit qoyuluşu 13 020.9 mln manat olub. Bu ilin əvvəlində isə bu göstərici 13 100.4 mln.manat idi ki, bu da 9 ayda özəl sektora kredit qoyuluşunun 79.5 mln manat və yaxud 0.6% azalması deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin sentyabr ayına cəmi kredit qoyuluşu 14 873.7 mln manat olub ki, bunun 783.3 mln manatı dövlət sektoruna, 13 020.9 mln manatı isə özəl sektora verilən kreditlər təşkil edib. Dövlət sektora verilən kreditlər ilin əvvəli ilə müqayisədə 29.2% azalıb.

Özəl sektora verilən kreditlərdən 6 780.4 mln manatını isə ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər