Azərbaycanda özəl sektora (ev təsərrüfatlarına kreditlər də daxil olmaqla) kredit qoyuluşu 19 444.3 mln manat olub. 2019-cu ilin eyni dövründə isə bu göstərici 20 113 mln.manat idi ki, bu da bir ildə özəl sektora kredit qoyuluşunun 3.3% azalması deməkdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin dekabr ayına cəmi kredit qoyuluşu 14 530.4 mln manat olub ki, bunun 902.3 mln manatı dövlət sektoruna, 12 735 mln manatı isə özəl sektora verilən kreditlər təşkil edib. Dövlət sektora verilən kreditlər 2019-cu il ilə müqayisədə 1.3% artıb.
Özəl sektora verilən kreditlərdən 6 709.3 mln manatını isə ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.