12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda özəl universitet 1.95 mln. manat xalis mənfəət əldə edib

1995-ci ildən Azərbaycanda fəaliyyətdə olan Xəzər Universiteti 2022-ci ildə gəlirlərini artırıb.

Banker.az bunu Universitetin illik maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, 2022-ci ildə ali təhsil müəssisəsi  8 milyon 966 min manat əsas əməliyyat gəliri əldə edib. Bu da 2021-ci ildən 854 min manat və ya 10.5 faiz yuxarıdır. Satışların maya dəyəri isə 4 milyon 925 min manat olmaqla öncəki ildən 802 min manat və ya 19 faiz çox olub. Beləliklə, təhsil müəssisəsinin satışlarının maya dəyəri daha çox artığı üçün 4 milyon 41 min manat ümumi mənfəət əldə edib.

Xəzər Universitetinin bütün gəlir və xərcləri fərqindən 1 milyon 950 min manat xalis mənfəəti qalıb. 2021-ci ildə onun 2 milyon 157 min manat xalis mənfəət əldə etmişdi.

Xatırladaq ki, Xəzər Universiteti 1995-ci ildə təsis edilib. İsayeva Nailəxanım və İsayev Hamlet hər biri 50% payla Universitetin təsisçiləridir.

Son xəbərlər
Digər xəbərlər