2023-cü ildə Azərbaycanda 245 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib ki, bu da 2022-ci illə müqayisədə 19% azdır.
Bunu ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində özəlləşdirilmiş nəqliyyat vasitələrinin sayı 538, səhmləri satılan səhmdar cəmiyyətlərin sayı isə 9 olub.