7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda özəlləşdirmə hərracları bərpa olunub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fasilə verilən özəlləşdirmə hərraclarının keçirilməsi bərpa olunub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, növbəti hərrac 18 avqust tarixində təşkil olunub. Hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələr paytaxtda, Balakən, Ucar, Neftçala, Masallı rayonlarında yerləşir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər

Son xəbərlər
Digər xəbərlər