6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə 38 mln. manatdan çox vəsait daxil olub

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 45 hərrac keçirib.

Banker.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidmətinin məlumatına əsasən, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 375 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 270 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 69 onlayn qoşulma reallaşıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində hərrac yolu ilə 23 faydalı qazıntı yatağı istismara verilib.

Bu ilin 8 ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə 38.2 milyon manata yaxın vəsait daxil olub. Bildirilir ki, yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.

Son xəbərlər
Digər xəbərlər