Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib.
Bildirilib ki, bu layihənin yekun məhsulu olan kişmişin istehsalı həm idxalı əvəzləmək, həm də ixraca yönləndirmək məqsədi daşıyır. Yerli fermerlərin yetişdirdikləri kişmiş sortundan olan üzüm ən müasir üsullarla qurudularaq, qablaşdırılacaq və satışa yönləndiriləcək.
Müəssisədə emal olunan kişmişin üstünlüyü onun ənənəvi üsullu qələvi və kükürdlə deyil, ozon üsulu ilə emal edilməsidir. Nəticədə həm yerli, həm də xarici istehlakçılar orqanik, sağlam məhsulla təmin ediləcək.
Müəssisənin illik istehsal gücü 250 tondan artıqdır.