Azərbaycanda pərakəndə ticarətin inam indeksi yüksəlib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.
AMB-nin təqdim etdiyi indekslərdə, son üç ay faktiki satışlar 3.0 bənd, mal ehtiyatlarının dəyişməsi sıfırın altında 1.3 bənd təşkil edib.
Növbəti üç ay üçün isə satışlar üzrə gözləntilər 5.0 bənd, qiymət gözləntiləri 5.5 bənd təşkil edib.
Beləliklə, ölkədə Pərakəndə Ticarət İnam İndeksi 3.1 bənd təşkil etməklə, öncəki ayla müqayisədə (0.7 bənd idi) artmışdır.
Pərakəndə Ticarət İnam İndeksi = (faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər)/3