Azərbaycanda bu ilin yanvar ayında istehlakçılara 2 243,2 mln. manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3% çox məhsul satılıb.Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1% artaraq 1 124,8 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2% artaraq 1 118,4 mln. manata bərabər olub.
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 5,9%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Report