18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycanda parklanma bu şəxslər üçün pulsuz olacaq

Parklanma yerlərindən 100 metr yaxınlıqda yaşayan vətəndaşlar üçün parkinq pulsuz olacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda bildirilib ki, parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Son xəbərlər
Digər xəbərlər