25 C
Baku
Wednesday, September 10, 2025

Bu şəxslərin işdən azad olunması qadağan edilə bilər

Azərbaycanda pensiya yaşına az qalan şəxslərin işdən çıxarılmasının qadağan olunması təklif edilib.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin sentyabrın 10-da keçirilən iclasındakı çıxışında danışıb.

Deputat qeyd edib ki, məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapa bilər:

“Müşahidələr göstərir ki, pensiya yaşına çox az qalmış bəzi vətəndaşlar işdən azad olunurlar. Pensiya yaşına məsələn, 2 il qalmış işdən azad edilən şəxsin iş tapması çətin olur. Bir sıra ölkələrdə bu hal qadağan olunub. Məsələn, Qazaxıstanın Əmək Məcəlləsinə əsasən, ştatın və ya müəssisənin ləğvi istisna olmaqla, digər hallarda pensiya yaşına az qalmış şəxsin işdən azad eidlməsi qadağan olunub. Hesab edirəm ki, Azərbaycanda da Əmək Məcəlləsinə dəyişiklik edilməli, pensiya yaşına az müddət qalan şəxsin işdən azad edilməsi qadağan olunmalıdır”.

Komitə sədri Musa Quliyev təklifi müsbət dəyərləndirib:

“Sizdən xahiş edirəm ki, qanun layihəsinin mətnini hazırlayıb, aidiyyəti üzrə təqdim edəsəniz. Bu çox yaxşı təklifdir”.

Son xəbərlər
Digər xəbərlər