Azərbaycan peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlanacaq və təsdiq ediləcək.
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramlarının tətbiqi nəzərdə tutulur.
Həmçinin sərəncamla təhsilverənlərin (mühəndispedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə davamlı peşə inkişafına xidmət edən ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili təmin edilməlidir.







